Bolqarıstanda nazir koronavirusa yoluxdu

23 Avqust 2020 22:46 (UTC+04:00)

Bolqarıstanın Gənclər və İdman naziri Krasen Kralev koronavirusa yoluxub.

AzNews.az bildirir ki, bu barədə “TASS” nazirliyin Mətbuat Xidmətinə istinadən xəbər verib.

“Gənclər və İdman naziri Krasen Kralevin PCR testinin nəticəsi müsbət olub. Kralev məzuniyyətdədir və son vaxtlar nazirliyin əməkdaşları və hökumət üzvləri ilə heç bir şəxsi əlaqəsi olmayıb. O, yaxşı vəziyyətdədir, yüngül simptomları var və xəstəxana nəzarətinə ehtiyacı yoxdur. O, ev karantinində qalacaq”, - məlumatda deyilir.

Rəsmi məlumatlara əsasən, pandemiyanın başladığı vaxtdan Bolqarıstanda 15 227 nəfər koronavirusa yoluxub, 545 xəstə dünyasını dəyişib.