Samuxda 44 yaşlı kişi sirkə turşusundan zəhərlənib

24 Avqust 2020 09:00 (UTC+04:00)

Samux rayonunda yerli sakin zəhərlənib.

AzNews.az xəbər verir ki, rayonun Əhmədbəyli kəndində 44 yaşlı kişi hələ ki, bilinməyən səbəbdən içdiyi sirkə turşusundan zəhərlənib.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.