Məşhur futbolçu koronaya yoluxdu

24 Avqust 2020 13:15 (UTC+04:00)

“Barselona” futbol klubunun yeni transferi Miralem Pjanic koronavirusa (Covid-19) yoluxub.

AzNews.az xəbər verir ki, "Barselona"nın verdiyi açıqlamada, özünü yaxşı hiss etməməsi səbəbiylə kluba müraciət edən Bosniya və Herseqovinalı futbolçunun Covid-19 test nəticəsinin müsbət olduğu deyilib.

Hazırda səhhəti yaxşı olan Pjanicin 15 gün karantində olacağı bildirilib.

Qeyd edək ki, "Barselona" bu yay "Yuventus" dan heyətinə qatdığı 30 yaşlı yarımmüdafiəçi üçün 60 milyon avro transfer haqqı ödəyib.

Səidə Vahid

AzNews.az