Müğənni Aygün Kazımova “Əsgər marşı” adlı yeni klipini təqdim edib.
AzNews.az xəbər verir ki, Aygün Kazımova öz İnstaqram hesabında bu sözləri yazıb:
“Vətən uğrunda canından keçmiş general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə yüksəlməsindən 40 gün keçib. Ağır, həm də qürurlu bir gündə sizə yeni “Əsgər marşı” adlı layihəmi təqdim edirəm.
Bu layihəni başda generalımız və polkovnikimiz olmaqla bütün şəhidlərimizə ithaf edirəm.”
Səidə Vahid
AzNews.az