“Simurq”dan transfer dalğası

3 İyun 2013 14:15 (UTC+04:00)
Heyətini formalaşdırmaqda davam edən "Simurq" daha bir futbolçunun keçidini rəsmiləşdirib. Belə ki, Tural Axundovla rəsmi müqavilə bağlayıb.

Gənc futbolçu növbəti iki mövsümü Zaqatala təmsilçisinin heyətində mübarizə aparacaq. 25 yaşlı müdafiəçi "Simurq"un heyətində 18 nömrəli forma geyinəcək.

"Simurq" buna qədər Rövşən Əmiraslanov və Salif Ballo ilə 2 illik, Ötən mövsümü AZAL-da keçirmiş Taqim Novruzovla isə 1+1 sistemi üzrə anlaşmaya imza atmışdı.

Elvin
AzNews.az