ÜST: Təkrar yoluxma istisna edilmir

24 Avqust 2020 15:31 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa təkrar yoluxmanı istisna etmir, lakin tələsik nəticələrə gəlməməyə çağırıb.

Bu barədə Honkonqdakı təkrar yoluxmanı şərh edən ÜST-ün mütəxəssisi Mariya Kerkhove danışıb.

“Digər koronaviruslardan bilirik ki, immunitet müəyyən zaman qalır. Hələlik xəstəliyi keçirənlərdə immunitetin olduğunu görürük. Ancaq araşdırmalar davam edir”. (Report)

AzNews.az