İranda atışma olub

24 Avqust 2020 16:14 (UTC+04:00)

İranda terror qrup üzvləri ilə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) qüvvələri arasında atışma baş verib.

SEPAH Quru Qoşunlarının yayımladığı məlumatda bildirir ki, ötən gecə terror qruplaşma üzvləri Maku sərhədindən ölkə ərazisinə daxil olmaq istəyərkən SEPAh qüvvələri ilə terrorçular arasında atışma baş verib.

Atışma nəticəsində 3 terrorçu öldürülüb. Onlardan külli miqdarda silah, partlayıcı maddə və rabitə avadanlığı müsadirə olunub. (APA)

AzNews.az