Çempionlar Liqasının rəmzi yığması açıqlandı

24 Avqust 2020 22:32 (UTC+04:00)

Futbol üzrə UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün rəmzi komandası açıqlanıb.

AzNews.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, rəmzi heyətdə son çempion “Bavariya”dan dörd (Manuel Noyer, Yozua Kimmix, Serj Qnabri və Robert Levandovski) futbolçu yer alıb.

Finalda Münhen klubuna minimal hesabla uduzan PSJ də dörd futbolçu ilə təmsil olunub: Markinyos, Presnel Kimpembe, Xuan Bernat, Anxel Di Mariya.

“11-lik”də yer alan digər futbolçular isə “Leyptsiq”dən Marsel Sabitzer, “Mançester Siti”dən Rahim Sterlinq və Dortmund “Borussiya”sından Erlinq Halanddır.