Texasda fövqəladə vəziyyət rejimi elan edib

25 Avqust 2020 09:10 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp “Marko” və “Laura” qasırğaları ilə əlaqədar Texas ştatında fövqəladə vəziyyət rejimi elan edib.

AzNews.az bu haqda xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, prezidentin qərarı Daxili Təhlükəsizlik Nazirliyi və Fövqəladə Vəziyyət üzrə Federal Agentliyə insanların xilas edilməsi və əmlakın qorunması, eyni zamanda insanların sağlamlığını və təhlükəsizliyini qorumaq üçün bütün fövqəladə yardım tədbirlərini əlaqələndirmək səlahiyyəti verir.

Xatırladaq ki, bu kimi əksər hallarda federal mərkəz təbii fəlakətlə mübarizə xərclərinin 75%-ni öz üzərinə götürür.