Türkiyə prezidenti: “Mesaj alınıb”

3 İyun 2013 14:47 (UTC+04:00)
Türkiyə prezidenti Abdulla Gül ölkədə kütləvi etirz aksiyalarının davam etdiyi bir zamanda mətbuatın qarşısına çıxıb.

O çıxışında "Türkiyə demokratiya yolunda gedən bir ölkədir. Hüququn üstünlüyünə inanırıq. Məhkəmə qərarlarına etiraz edildiyi və etiraz yollarının açıq olduğu bir ölkəyik. Bütün bu qanunlar Qərb demokratiyasının standartları çərçivəsindədir. Öncə bunların bilinməsini istəyirəm" deyib.

A.Gül hər kəsin fərqli düşüncədə ola biləcəyini vurğulayaraq "Fərqli düşüncələrə mütləq hörmət göstərilməlidir. Bu sevgi və hörmət qarşılıqlı olmalıdır. Hər kəsin öz ölkəsində özünü azad hiss etməlidir. Mesaj alınıb. Demokratiya təkcə seçim deyil" deyə qeyd edib.

Elnarə
AzNews.az