"Koronavirus pandemiyası həyatımızı dəyişib. Pandemiya özü ilə həyatımıza bir çox məhdudiyyətlər və qadağalar gətirib. Hətta insanların davranışlarını da dəyişib".
AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputatıb sözlərinə görə, mart ayında elan olunmuş qlobal pandemiyanın nə vaxt bitəcəyi heç kimə məlum deyil: "Həyatımızı əbədi qadağalarla yaşamağa davam etməyimiz mümkün . Biz özümüzü pandemiya ilə paralel yaşamağa öyrəşdirməlik. Elə yaşayışı qurmalıyıq ki, həm həyat öz ritminə qayıtsın, həm də infeksiya təhlükəsindən maksimum özümüzü qoruyaq. Dövlətimiz bu mübarizəyə bütün resurslarını səfərbər edib. Ölkəmizdə koronavirusla mübarizə uğurludur. Amma iqtisadiyyatın bütün sahələrini sonu görünməyəcək şəkildə qapalı saxlamağını da düzgün hesab etmirəm. Dünya ölkələrin təcrübəsinə baxanda görürük ki, iqtisadi fəaliyyətlərlə bağlı tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır. Düşünürəm biz də bu yolla getməliyik. Bir şərtlə ki, Ümumdünya Səhiyyə Təşkilatının bütün tələbləri və tövsüyyələrini icra edək və bunun icrasına nəzarəti daha da ciddiləşdirək".
Deputat bildirib ki, turizm mərkəzlərin, ictimai iaşə müəssiələrin müəyyən olunmuş tələblərə riayət olunmaqla fəaliyyətlərinə icazə verilməlidir: "Regionlarda da qadağalar aradan qaldırılmalıdır. Hərə öz işi ilə məşğul olmalıdır. İşləyənlər işləməklə, nəzarət edənlər nəzarəti daha da gücləndirməklə, həkimlər isə xəstələrin müalicəsi ilə. Belə olarsa, daha az itkilərlə pandemiyadan çıxa biləcəyimizi hesab edirəm. Biz pandemiya ilə yaşamağa məhkum olduğumuzdan həyatımızı yeni qaydalarla tələb olunan normalara yğunlaşdıraraq davam etməliyik.
Təhsil müəsisələrinin fəaliyyətinin bərpası isə ÜST-in tövsüyələrinə uyğun həyata keçirilməlidir. Bütün qərarları qəbul edən Operativ Qərargahdır. Düşünürəm pandemiyanın dünyada və ölkədəki vəziyyətini nəzərə alaraq Operativ Qərargah daha düzgün qərarlar qəbul edəcəkdir".
Səidə Vahid
AzNews.az