Daha bir jurnalist koronavirusdan vəfat etdi

25 Avqust 2020 15:45 (UTC+04:00)

Azərbaycanda daha bir jurnalist koronavirusdan dünyasını dəyişib.

Jurnalist Qələndər Xaçınçaylı bir qədər əvvəl müalicə aldığı xəstəxanada vəfat edib.

O, bir müddət idi ki, koronavirusdan müalicə alırdı.

Qocaman jurnalist "Həftə içi" qəzetində çalışırdı. 5 şeir kitabın müəllifidir. AYB-nin üzvü idi.

Qeyd edək ki, üç il əvvəl Qələndər Xaçınçaylı ölkə başçısının sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. (Report)

AzNews.az