Timoşenko süni tənəffüs aparatına qoşuldu

25 Avqust 2020 19:46 (UTC+04:00)

Koronavirusa yoluxan Ukraynanın keçmiş Baş Naziri Yuliya Timoşenko süni tənəffüs aparatına qoşulub.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi açıqlama verib. Onun sözlərinə görə, Timoşenko intensiv müalicə kursu keçir və vəziyyəti ağır olaraq qalır.

Xatırladaq ki, keçən həftə Timoşenko, eləcə də qızı və kürəkəninin koronavirusa yoluxduğu məlumatı yayılmışdı.