UEFA Super Kubok matçını azarkeşlərlə keçirəcək

25 Avqust 2020 20:05 (UTC+04:00)

UEFA Super Kubokunun finalı barədə qərar qəbul edib.

AzNews.az xəbər verir ki, “Sevilya” ilə “Bavariya” arasında oynanacaq finala tamaşıçılar buraxılacaq.

Matc.az xəbər verir ki, UEFA-nın qərarına əsasən, fanatlar stadionu tutumunun 30 faizinə qədər doldura biləcəklər.

Qeyd edək ki, oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.