Almaniyanın ÜDM-i rekord həddə azalıb

25 Avqust 2020 20:23 (UTC+04:00)

Cari ilin ikinci rübündə Almaniya ÜDM-i 9,7 faiz, ötən ilin müvafiq dövrünə nisbətən isə 11,3 faiz azalıb.

AzNews.az Almaniya Federal Statistika Agentliyinə (Destatis) istinadən xəbər verir ki, ilin birinci rübünə nisbətən həmin azalma rüblük məlumatların dərc olunmağa başladığı 1970-ci ildən sonrakı dövrün rekord göstəricisidir.

Həmçinin ikinci rüb ərzində istehlak xərclərinin 10,9 faiz, sərmayə yatırımlarının isə hətta 19,6 faiz, ixracatın 20,3 faiz azaldığı bildirilir.

“Reuters” xəbər verir ki, Lixtenşteynin “VP Bank”ının iqtisad eksperti Tomas Gitzel bu barədə bildirib: “İkinci rüb tam bir fəlakət oldu. İstər sərmayələr, istər fərdi istehlak, istərsə də ixracat, hətta idxalat olsun, hamısı uçuruma yuvarlanır”.