Türkiyə ordusu iki əsgərini itirdi

25 Avqust 2020 21:23 (UTC+04:00)

Türkiyə ordusu iki əsgərini itirib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hakkaridə təlim zamanı müvazinətini itirərək qayalıqdan düşən müqaviləli əsgər Mesut Yıldırımla, Mersində avtomobil qəzasında yaralanan Cihat Şengil dünyasını dəyişib.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ölən əsgərlərin ailələrinə başsağlığı verib.