Azərbaycanlı və ukraynalı şagirdlərin möhtəşəm dueti - VİDEO

3 İyun 2013 15:33 (UTC+04:00)
Türkiyədə keçirilən 11-ci türk dili olimpiadasında iştirak edən azərbaycanlı şagird Türkan Məmmədova çıxışı ilə tamaşaçıları valeh edib.

Məlumata görə, olimpiadada səhnəyə çıxan Məmmədova türk şair Erdem Beyazidin "Bir azdan gün doğuyor" şeirini oxuyub.

Daha sonra ukraynalı şagird Evelina Malanca bu şeirə yazılmış mahnı ilə azərbaycanlı Türkan Məmmədovanı müşayiət edib. Hər iki çıxış tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.



AzNews.az