400 azərbaycanlı Rusiyadan gətirildi

25 Avqust 2020 23:57 (UTC+04:00)

Bu gün daha 400 Azərbaycan vətəndaşı Rusiyanın Dağıstan Respublikasından ölkəmizə təxliyə edilib.

AzNews.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Dərbənd şəhərində olan əməkdaşı Tural Səfərov APA-ya məlumat verib.

Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə 400 Azərbaycan vətəndaşının vətənə qayıtması təmin olunub.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Rusiya-Azərbaycan sərhədi mart ayının 18-dən bağlanıb.