Real TV-nin rəhbəri Mirşahin Ağayev yeni film hazırlayıb.
AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, “Xainlər” adlanan film Azərbaycan dövlətçiliyi üçün fəaliyyət göstərən daxili düşmənlərə həsr olunub.
Filmdə Əlikram Hümbətovun ölkəni parçalamaq üçün yaratdığı separatçı şəbəkə və onun fəaliyyəti barəsində danışılır. Mirşahin Ağayev bildirir ki, 1993-cü ildə Əlikram Hümbətovun başçılıq etdiyi bir qrup separatçı "Cənub mirvarisi"ni Azərbaycandan ayırmaq və bununla da ölkənin parçalanmasına yeni dalğa vermək istəyib.