Deputat insanların həyatından narahatdır

26 Avqust 2020 14:15 (UTC+04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Xətai rayonu, NZS qəsəbəsi, Marat Əmirxanov küçəsi 14 ünvanında yerləşən, qəzalı vəziyyətdə olan 2 mərtəbəli, 12 mənzilli binanın bir qrup sakinini - seçicilərini qəbul edib. Q. Həsənquliyev onların şikayətinə əsasən, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova və Fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət ünvanlayıb.

AzNews.az xəbər verir ki, müraciətdə sözügedən ünvanda yerləşən binanın qəzalı vəziyyətdə olduğu, hər an uçulub-dağıla biləcəyi, bu səbəbdən də sakinlərin həyatı üçün ciddi təhlükənin yarandığı bildirilir. Qeyd olunur ki, ağır nəticələrə səbəb olacaq faciəni önləmək məqsədilə sakinlərin qəzalı binadan təcili köçürülməsi üçün müvafiq qərar qəbul edilməlidir.