Bakı-Sumqayıt yolunda hərəkət qismən məhdudlaşdırılacaq

27 Avqust 2020 15:45 (UTC+04:00)

Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir.

Bu barədə AzNews.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumatda həmçinin bildirilib ki, bununla əlaqədar olaraq, hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq hissə-hissə qismən məhdudlaşdırılır.

Təhlükəsizlik baxımından relslərin söküntüsü körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq təhlükəsizlik tədbirləri görüləcək.