Müğənni Elnarə Abdullayeva cərimələnib

27 Avqust 2020 17:00 (UTC+04:00)

Müğənni Elnarə Abdullayeva karantin qaydalarını pozub.

Onun barəsində yerindəcə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokol tərtib olunaraq cərimələnib.

Qeyd edək ki, müğənninin icazəsi olmadan karantin postundan keçmək istədiyi və polis əməkdaşları tərəfindən saxlandığı barədə məlumat yayılıb. (APA)

AzNews.az