Xalidə Xalid azad olundu

3 İyun 2013 16:13 (UTC+04:00)
Bu il aprel ayından yaradıcılıq ezamiyyətinə getdiyi İranda həbsə alınmış Xalidə Xalid və onun müşayiət edən Şamxal Hüseynov bu gün azadlığa buraxılıblar. Bu barədə ANS TV xəbər yayıb.

Xatırladaq ki, təxminən 10 gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə İrana səfəri nəticəsində AMEA əməkdaşının və onun sürücüsünün azadlığa buraxılması ilə bağlı İran rəsmiləri ilə razılığa gəlmişdi. Ancaq naməlum səbəblərdən alimin sərbəst buraxılması ləngiyirdi.

Onu da qeyd edək ki, İranın hüquq-mühafizə orqanlarırı rəhbərləri və siyasi sözçülər Xalidə Xalidin İrana casusluq məqsədi ilə gəldiyini və ifşa olunduğunu dönə-dönə vurğulayırdılar.//musavat.com//

AzNews.az