5-ci sinifdən yuxarı şagirdlər üçün qaydalar açıqlandı

27 Avqust 2020 18:46 (UTC+04:00)

“Beşinci sinifdən 11-ci sinfə kimi şagirdlərin dərslərinin onlayn keçirilməsi təklif olunur”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, sentyabrın 15-dən 5-ci sinifdən 11-ci sinfə kimi şagirdlərin dərslərinin onlayn keçirilməsi təklif olunur: “Oktyabrın 1-dən 5-dən 9-dək siniflərin şagirdlərinin həftədə 2 və ya 3 dəfə əyani dərslərə gəlməsi planlaşdırılır. Oktyabrın 15-dən isə 10 və 11-ci siniflərin əyani tədrisə başlaması nəzərdə tutulur”.

Nazir əlavə edib ki, 10 və 11-ci siniflərin də dərslərə həftədə 2 və ya 3 dəfə gəlməsi təklif olunur.