Nazir valideynlərə müraciət etdi

27 Avqust 2020 19:57 (UTC+04:00)

"Valideyn uşaqları məktəbə göndərməyə məcbur deyil".

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, hansısa ailədə yaxud dərsə gələn uşağın özündə temperatur yüksək olarsa, onun məktəbə gəlməməsi təklif olunur: "Təhsil həm əyani, həm onlayn təşkil olunacaq. Növbəti ilin mart ayına kimi teledərslər və Virtual məktəb layihəsi davam etdiriləcək. Valideynlərin burada seçiminə hörmətlə yanaşırıq. Valideyn uşaqları məktəbə göndərməyə məcbur deyil. Seçim edərək uşağı onlayn formada tədrisə cəlb edə bilər".