Tədris kurslarının taleyi ilə bağlı nazirdən açıqlama

27 Avqust 2020 20:18 (UTC+04:00)

“Tədris kursları ilə bağlı Operativ Qərargahda sanitar-gigiyenik qaydalar nəzərə alınmaqla qərar veriləcək”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, tədris kursları ilə bağlı Operativ Qərargahda sanitar-gigiyenik qaydalar nəzərə alınmaqla qərar veriləcək:

“İnanıram ki, qısa zamanda bu qərar veriləcək və ictimaiyyətə açıqlanacaq”.