Nazir yeni səfiri qəbul etdi

27 Avqust 2020 20:46 (UTC+04:00)

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Nikolaos Piperigosun etimadnaməsini qəbul edib.

AzNews.az xəbər verir ki, görüşdə Azərbaycan və Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov səfir Nikolaos Piperigosu təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Öz növbəsində, Nikolaos Piperigos ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib.

Görüş zamanı, habelə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.