"Twitter" nasazlayıb

28 Avqust 2020 09:15 (UTC+04:00)

"Twitter" mikrobloq şəbəkəsinin işində bir neçə ölkədə nasazlıqlar müşahidə olunur.

Məlumata görə, bu barədə məlumat Downdetector servisində yerləşdirilib.

Nasazlıqlar ən çox ABŞ-da (porblemlər demək olar ki, bütün ştatlarda qeydə alınır), Meksika, Peru, Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya və Polşada müşahidə olunur.

Bildirilib ki, istifadəçilərin əksəriyyəti (64%) saytın nasazlığından şikayətlənirlər.

AzNews.az