Qəzetlər üçün yeni müsabiqə elan edildi

3 İyun 2013 16:28 (UTC+04:00)
Prezident yanında Kütləvi İnformasiya Vasitə­lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KIVDF) Müşahidə Şura­sı­nın növ­bəti iclası ke­çi­ril­ib.

İclasda "2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə" və "Milli Mətbuatın yaranmasının 138-ci il dönümü ilə əlaqədar keçiriləcək "Fərdi jurnalist yazıları" müsabiqəsi"nə dair məsələlər müzakirə edilib.

Fond KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

19 istiqamət üsrə elan edilmiş müsabiqədə son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 750 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər iştirak edə bilərlər.

Hər layihə üçün maksimum məbləğ 60 000 manat müəyyən edilib. Artıq sənəd qəbuluna start verilib. Sənədlərin qəbulu iyun ayının 25-də başa çatacaq.//modern.az//

AzNews.az