Modelyerin "Qarabağ" kolleksiyası ABŞ-da təqdim olunacaq

28 Avqust 2020 14:15 (UTC+04:00)

Azərbaycanlı modelyer-dizayner Gülnarə Xəlilova özünün “Qarabağ” adlı milli geyim kolleksiyasını dünyaca məşhur brendlər ilə birlikdə ABŞ-da birinci rəqəmsal dəb həftəsində təqdim edəcək.

AzNews.az xəbər verir ki, dəb həftəsinin açılışı sentyabrın 5-i baş tutacaq.

Qeyd edək ki, IDFW-də (International Digital Fashion Week) 75 ölkədən təmsilçi iştirak edəcək.

Səidə Vahid

AzNews.az