Azərbaycan neftinin qiyməti artıb

29 Avqust 2020 09:26 (UTC+04:00)

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

AzNews.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,14 ABŞ dolları və ya 0,3% artaraq 45,85 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.