Xudatda dəhşətli qəza: sürücü yanaraq kül oldu

3 İyun 2013 18:43 (UTC+04:00)


Xudat-Yalama yolunun 5-ci kilometrliyində "99-BL-255" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil sürücüsü ilə birgə yanıb. Sürücü Xudat şəhər, Osman Mirzəyev, 31 ünvanında yaşayan 22 yaşlı Hüseynov Camal Söhrab oğlu olub.

Şahidlərin bildirdiyinə görə, yüksək sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Bundan sonra avtomobil alışıb və sürücü ilə birlikdə yanıb.

Hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. (trend.az)

AzNews.az