Türkiyə Aralıq dənizində hərbi təlimlərə başlayır

29 Avqust 2020 19:58 (UTC+04:00)

Türkiyə Yunanıstanla münasibətlərin kəskinləşməsi fonunda 29 avqust - 11 sentyabr tarixlərində Şərqi Aralıq dənizində yeni artilleriya təlimlərinə başlayacağını elan edib.

AzNews.az bildirir ki, bununla bağlı Türkiyə təlimlərin keçiriləcəyi ərazilərdə “Navteks” ( ərazilərə digər gəmilərin girməsini qadağan edən beynəlxalq xəbərdarlıq) elan edib. Gəmi kapitanlarına manevrlərin ediləcəyi ərazilərdən keçməmək tövsiyə olunub.

Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin liderləri sentyabrda keçiriləcək zirvədə Türkiyə ilə münasibətləri müzakirə etmək niyyətindədirlər.

Almaniyanın xarici işlər naziri Hayko Maas Aralıq dənizindəki vəziyyətin həllində irəliləyiş olmadığı təqdirdə, Avropa dövlətlərinin Ankaraya qarşı sanksiyaları da müzakirə edə biləcəyini bildirib.