Türkiyədə daha 39 nəfər koronavirusdan öldü

29 Avqust 2020 21:29 (UTC+04:00)

Türkiyədə son sutka ərzində daha 39 nəfər koronavirusdan ölüb.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 284 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 101 414 nəfərdən 1 549-nun cavabı pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 267 064 nəfərə çatıb.
Müalicə olunan 1 003 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 242 812 nəfər təşkil edir".