“Tottenhem”dən 16 milyonluq transfer

30 Avqust 2020 15:43 (UTC+04:00)

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçuyla gücləndirib.

AzNews.az xəbər verir ki, London təmsilçisi “Vulverhempton”dan Mett Dohertini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

“Tottenhem” irland futbolçu üçün “Vulverhempton”a 16,5 milyon avro ödəyib.

İrlandiya yığmasının da üzvü olan Doherti, “Vulverhempton”dan başqa “Hibernian” və “Beri”də də forma geyinib.