Ermənistanda yoluxanların sayı 43 mini ötüb

30 Avqust 2020 16:09 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 43 min 750 nəfərə çatıb.

AzNews.az xəbər verir ki, son sutkada daha 124 nəfər COVİD-19-a yoluxub.

Ölkədə pandemiya qurbanlarının sayı daha 5 nəfər artaraq 877-yə çatıb.

Hazırda Ermənistanda 4956 aktiv koronavirus xəstəsi var.