Yoluxanların sayı azaldı

30 Avqust 2020 17:11 (UTC+04:00)

Azərbaycanda bu gün koronavirus infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AzNews.az-ın verdiyi xəbərə görə, bu barədə Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.