Bölgələrdə elektrik enerjisi kəsildi

3 İyun 2013 20:25 (UTC+04:00)


APA-nın məlumatına əsasən, Göyçay, Ağdaş, Yevlax, Bərdə, Goranboy və Mingəçevirdə bir saatdan çox əsən külək nəticəsində elektrik enerjisi kəsilib.

Külək bir çox yerlərdə ağacları yıxıb. Məlumata görə, qasırğa şəkli almış külək hələ də əsməkdə davam edir. Son dəqiqələrdə isə leysan yağışı başlayıb.

AzNews.az