Əsəd yeni hökuməti təsdiq etdi

30 Avqust 2020 22:10 (UTC+04:00)

Suriya Prezidenti Bəşər Əsəd müvafiq Fərmanı ilə ərəb respublikasının yeni hökumətini təsdiq edib.

AzNews.az bildirir ki, bu barədə “TASS” xəbər verib.

Hökumətə iyunun 11-dən Nazirlər Kabineti başçısı vəzifələrini yerinə yetirən Hüseyn Arnus rəhbər təyin olunub.

Qeyd edək ki, daha əvvəlki Baş Nazir İmad Xamis Suriya Prezidenti Bəşər Əsədin Fərmanı ilə vəzifəsindən azad edilmişdi.