Azərbaycanlılar Almaniyadan deportasiya edilir

30 Avqust 2020 23:54 (UTC+04:00)

Azərbaycanlılar Almaniyadan kütləvi deportasiya ediləcək.

AzNews.az BakuPost-a istinadən xəbər verir ki, sentyabrın 3-ü Düsseldorf Hava Limanından çarter reysi baş tutacaq. Almaniyada qanunsuz yaşayan 50-yə yaxın azərbaycanlı ölkəyə qaytarılacaq.

Qeyd edək ki, deport olunanlar arasında hökumət əleyhinə radikal çıxış edən şəxslər də var.