İcra başçısının restoranında toy keçirildi - Video

31 Avqust 2020 09:45 (UTC+04:00)

Lənkəranın icra başçısı Taleh Qaraşova məxsus “Deniz” restoranında hər gün xeyli sayda qonaqların iştirak etdiyi məclislər keçirilir.

AzNews.az xəbər verir ki, şəhər sakinləri virtualaz.org-a bildiriblər ki, restoran rəhbərliyi karantin rejiminin tələblərinə tamamilə məhəl qoymur.

Yerli sakinlərin dediyinə görə, Operativ Qərargahın qərarına zidd olaraq "Dəniz" restoranında hər gün toylar təşkil edilir.

Restoran rəhbərliyi toyların təşkilini 3-5 min manat arasında məbləğə qiymətləndirib.