Prezident Vahid Ələkbərovu təbrik və təltif etdi

31 Avqust 2020 13:05 (UTC+04:00)

Prezident İlham Əliyev “LUKOYL” neft şirkətinin prezidenti Vahid Ələkbərova təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli Vahid Yusuf oğlu, Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Sizin peşəkarlığınız və təşkilatçılıq istedadınız sayəsində bu gün “LUKOYL” dünyada ən iri neft-qaz şirkətlərindən biridir.

“LUKOYL” şirkətinin bizim ölkəmizdə çoxillik səmərəli fəaliyyəti Azərbaycan-Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə şərait yaradır.

Bu gün həmçinin Prezident İlham Əliyev Vahid Ələkbərovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Vahid Yusifoviç Ələkbərov “Dostluq” ordeni ilə təltif edilsin.

AzNews.az