İranda ölənlərin sayı 21 571 nəfərə çatıb

31 Avqust 2020 14:30 (UTC+04:00)

İranda ötən sutka ərzində 109 nəfər koronavirusdan (COVID-19) ölüb.

Məlumata görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 21 571 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 1 642 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 375 212 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3, 729 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 323 233 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,23 milyondan çox diaqnoz testi həyata keçirilib.

AzNews.az