Koronavirusun uşaq orqanizmində qalma müddəti açıqlandı

31 Avqust 2020 22:32 (UTC+04:00)

Cənubi koreyalı alimlər yeni növ koronavirus infeksiyasının uşaqların orqanizmində nə qədər müddət qaldığını tədqiq ediblər.

AzNews.az CNN-ə istinadən xəbər verir ki, alimlərin fikrincə, Covid-19 uşaqların orqanizmində bir neçə həftə qala bilər. Virus əsasən onların burun və boğaz nahiyələrində müşahidə olunur. Bu hal heç bir simptom olmadan da özünü göstərə bilər. Bununla da uşaqlar Covid-19-u asanlıqla digər insanlara ötürə bilirlər.

Bundan başqa, tədqiqatlar zamanı yetkinlik yaşına çatmış insanların 40%-nin virusun simptomsuz daşıyıcıları olduğu öyrənilib.