“Xan” “Lotu Quli”ni öldürdükdən sonra belə qaçıb - Video

31 Avqust 2020 23:24 (UTC+04:00)

Azərbaycanlı "Qanuni oğru", kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovun qətlə yetirilməsinə dair yeni görüntülər yayılıb.

AzNews.az bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi görüntülər hadisənin baş verdiyi Antalyadakı otelin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Belə ki, görüntülərdə “Xan Əhmədlinski”nin (Xəqan Zeynalov) Səlifovu otel otağında güllələdikdən sonra koridorda necə qaçması əks olunub.