İlon Mask Mark Zukerberqi geridə qoydu

31 Avqust 2020 23:38 (UTC+04:00)

Amerikalı sahibkar İlon Mask dünyanın Ən varlı insanları siyahısında üçüncü pilləyə yüksəlib.

AzNews.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb. O, bu siyahıda “Facebook”un banisi Mark Zukerberqi qabaqlayıb.

Ekspertlərin dəyərləndirmələrinə görə, Tesla və SpaceX-in sahibinin sərvəti 11,3 milyard dollar yüksəlib. Zukerberq 110,5 milyard dollarlıq sərvətlə ondan geridə qalıb. İkinci yerdə 125 milyard dollarlıq sərvətlə “Microsoft” şirkətinin sahibi Bill Qeyts, birinci yerdə 200 dollarlıq sərvətlə Ceff Bezos qərarlaşıb.