Bakıda sərnişin avtobusu yanıb

1 Sentyabr 2020 09:00 (UTC+04:00)

Bakı şəhərinin Sabunçu rayonunda “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.