Neft yenidən bahalaşıb

1 Sentyabr 2020 09:15 (UTC+04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 1,04% artaraq 1 barelə görə 45,75 dollar təşkil edib.

AzNews.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,94% artaraq 43,01 dollar təşkil edib.