Rusiyada yoluxanların sayı 1 milyonu ötdü

1 Sentyabr 2020 14:00 (UTC+04:00)

Rusiyada son sutka ərzində daha 4729 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1000048 nəfərə çatıb.

Son sutka ərzində 123 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 17 176 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir. (APA)

AzNews.az