Polşanın uçuşları dayandırdığı ölkələr açıqlandı

1 Sentyabr 2020 23:20 (UTC+04:00)

Polşa hökuməti koronavirus pandemiyası səbəbindən 44 ölkə və ərazi ilə müvəqqəti olaraq hava sərhədini bağlayıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Polşa Nazirlər Şurasının 31 avqust qərarına əsasən sərhədlər 15 sentyabra qədər bağlı olacaq.

Açıqlanmış siyahıya bu ölkələr daxildir: Albaniya, Argentina, Ermənistan, Baham adaları, Bəhreyn, Beliz, Boliviya, Bosniya və Herseqovina, Braziliya, Çili, Monteneqro, Dominikan Respublikası, Ekvador, Esvatini, Qvatemala, İspaniya, Honduras, Hindistan, İraq, İsrail, Qətər, Qazaxıstan, Kolumbiya, Kosovo, Kosta-Rika, Kuveyt, Livan, Liviya, Lüksemburq, Şimali Makedoniya, Maldiv adaları, Malta, Meksika, Moldova, Namibiya, Panama, Paraqvay, Peru, Kabo-Verde, Cənubi Afrika, Rumıniya, Salvador, Surinam, ABŞ.